“Qarabağ”ın futbolçusu Ermənistana qalib gəldi - VİDEO

30 Mart 2015 09:44 (UTC+04:00)


AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi öz meydanında Ermənistanı qəbul edib.

Matçın 4-cü dəqiqəsində qonaqlar hesabı açsa da Albaniya millisi iki qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.

Qeyd edək ki, Aqolli start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb.

Bu qələbədən sonra xalını 7-ə çatdıran Albaniya yığması qrupda 3-ü pilləyə yüksəlib.

İ qrupu
21:00. Albaniya - Ermənistan - 2:1
Qollar: Movsisyan, 4 (0:1), Mavraj, 77 (1:1), Qaşi, 81 (2:1)
Qırmızı vərəqə: Hambartsumyan, 70 (Ermənistan)