Almanlar gürcüləri Tiflisdə məğlub etdi - VİDEO

30 Mart 2015 09:48 (UTC+04:00)


AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, dünən gecə D, F və İ qrupunda oyunlar keçirilib.

Gürcüstan millisi doğma azarkeşləri önündə son dünya çempionu Almaniyanı qəbul edib. Bu oyun Bakı "İnter"inin çalışdırıcısı Kaxaber Sxadadzenin Gürcüstan millisinin baş məşqçi vəzifəsində ilk rəsmi sınağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Polşa səfərdə İrlandiya millisinin qonağı olub. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Macarıstan - Yunanıstan matçında da heç-heçə qeydə alınıb - 0:0
Portuqaliya isə öz meydanında Serbiyadan üstün olub – 2:1.

29 mart
"Avro-2016"nın seçmə mərhələsi
D qrupu

21:00. Gürcüstan – Almaniya - 0:2
Qollar: Marko Roys, 39 (0:1), Müller, 44 (0:2)

21:00. Şotlandiya – Cəbəllütariq - 6:1
Qollar: Maloney, 18-pen (1:0), Kaskiaro, 20 (1:1), Fletçer, 29 (2:1), Maloney, 34-pen (3:1), Naisimith, 39 (4:1), Fletçer, 77 (5:1), 90 (6:1)

23:45. İrlandiya - Polşa 1:1
Qol: Pezsko, 26 (0:1)

F qrupu
21:00. Şimali İrlandiya- Finlandiya - 2:1
Qollar: Lafferti, 33 (1:0), 38 (2:0), Sadik, 90+1 (2:1)

21:00. Rumıniya – Farer adaları - 1:0
Qol: Keşeru, 21 (1:0)
23:45. Macarıstan - Yunanıstan - 0:0

İ qrupu
21:00. Albaniya - Ermənistan - 2:1
Qollar: Movsisyan, 4 (0:1), Mavraj, 77 (1:1), Qaşi, 81 (2:1)
Qırmızı vərəqə: Hambartsumyan, 70 (Ermənistan)

23:45. Portuqaliya – Serbiya - 2:1
Qol: Karvalio, 10 (1:0), Matiç, 61 (1:1), Koentrao, 63 (2:1)