İdmançımız Ermənistan himnini dinləmədi – VİDEO + FOTO

30 Mart 2015 12:34 (UTC+04:00)

AzNews.az oxu.az-a istinadən xəbər verir ki, turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub.

3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.


Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.

Qeyd edək ki, ümumilikdə həmin yarışda ölkəmiz 8 idmançı ilə təmsil olunub.

Amil Qasımov (74 kq) qızıl, Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq), Elmuraz Qasımov (100 kq), Kənan Qasımov (90 kq), Elnur Əhmədov (62 kq), Mövlud Mirəliyev (100 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Bəxtiyar Abbasov Ermənistanın işğal etdiyi Xocavənd rayonunun Qaradağlı kəndində dünyaya göz açıb.