ABŞ Milli Təhlükəsizlik Agentliyinin binasına hücum: ölən və yaralanan var

30 Mart 2015 22:21 (UTC+04:00)

Məlumata görə, MTA-nın Merilend ştatının Fort Mid şəhərində yerləşən binasının mühafizəsini həyata keçirən polis əməkdaşları qurumun girişindəki darvazanı qırıb keçməyə cəhd edən avtomobilə atəş açıblar. NBC telekanalının məlumatına görə, avtomobildə qadın libası geyinmiş iki kişi olub. Sonradan polis avtomobilin salonunda narkotik maddələr və silah da aşkarlayıb.

Faktla bağlı polis araşdırma aparır.