Arvadını tüfənglə öldürdü

31 Mart 2015 13:50 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Martın 31-də Gəncə şəhərində yaşayan Murad Məmmədov evində tüfəngdən açdığı atəşlə arvadı Lamiyəni qətlə yetirib.

Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulub, hadisə törədərkən istifadə etdiyi "İJ-28" markalı tüfəng, 7 ədəd patron və 14 ədəd giliz götürülüb.