Sevinc Osmanqızı Tamerlan Qarayevin “qara qutu” söhbətindən yazdı

31 Mart 2015 14:51 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində 1991-ci il noyabrın 20-də Qarakənd kəndinin yaxınlığında vertolyot qəzasında həyatını itirən jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı yazıb.

O, atasının həlak olduğu "Mİ-8" vertolyotunun qara qutusu ilə bağlı Tamerlan Qarayevlə olan söhbəti xatırlayır: "Axı qara qutu sizin nəyinizə gərəkdir? O sizə hansı informasiyanı verəcəkdi ki? O, onsuz da texniki bir şeydir, ondan heç nə öyrənmək mümkün deyil. "Mİ-8" vertolyotunun salamat qalan qara qutusunu Rusiyaya gedər-gəlməzə göndərən parlament istintaq komissiyasının rəhbəri indi getsin, xronikanı oxusun. Nə məqsədlə göndərirdi - bir özü, bir də havadarları bilir".

Bahar RÜSTƏMLİ