“Söz verirəm ki, meydana çıxmayacam”- Çingiz Abdullayev

31 Mart 2015 22:55 (UTC+04:00)
Müşahidə Şurasının iclasında çıxış edən Çingiz Abdullayev futbolu çox sevdiyini bildirib:

"Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim".