Suriyada vuruşan Azərbaycan vətəndaşı tutuldu

1 Aprel 2015 15:51 (UTC+04:00)

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.