Beynəlxalq Banka yeni sədr təyin olundu

2 Aprel 2015 11:33 (UTC+04:00)


AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "PaşaBank"ın sədri Fərid Axundov Beynəlxalq Banka sədr təyin edilib.

Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub.


Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin planlaşdırılması" fakultəsində alıb.1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı) Menecment kurslarını bitirib.1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin "Biznesin administrasiyası" fakultəsini bitirib.

03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri, Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.

10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə Heyətinin Sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.

07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin Direktoru vəzifəsində çalışıb.

30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində çalışır.

"Unibank"ın icraçı direktoru Cəlal Qasımov isə "PaşaBank"ın İdarə Heyətinin sədri gətirilib. O həmçinin Təhsil naziri Mikayıl Cabbarovun xalası oğludur.