Direktor qəza törətdi - Açıqlama

2 Aprel 2015 11:50 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı rayon sakinlərindən biri deyib.

Məlumata görə, Zərdab Rayon Musiqi Məktəbinin direktoru Nicat Əlifli idarə etdiyi "Mercedes-C" markalı avtomobili "Jiquli" markalı avtomobilə çırpıb.

Nəticədə "Mercedes-C" avtomobili tanınmaz hala düşüb.


Zərdab Rayon Polis Şöbəsindən direktorun belə bir hadisə törətdiyini təsdiqləyiblər.

Polis Şöbəsinin növbətçisi bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma başlanılıb: "Dünən baş verən hadisədə xəsarət alan olmayıb. Hər iki avtomobil polis şöbəsinin həyətində saxlanılır".

Qeyd edək ki, Nicat Əliflinin bundan öncə də rayonda avtomobil qəzası keçirdiyi deyilir.

Lalə
AzNews.az