BŞİH Milli Şuranın mitinqinə icazə verdi

2 Aprel 2015 12:43 (UTC+04:00)


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı bu haqda AzNews.az-a açıqlama verib.

O, mitinqin keçirilməsinə icazə verildiyini bildirib.

"Mənə BŞİH-in rəsmi məktubunu verdilər. Məktubda aprel ayının 5-də saat 15:00-da "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda mitinqin keçirilməsinə razılıq verildiyi yazılıb",- deyə Fuad Qəhrəmanlı vurğulayıb.

Bahar RÜSTƏMLİ