Paytaxt yollarında sürət həddi azaldıldı - VİDEO

2 Aprel 2015 13:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, hava şəraiti nəzərə alınaraq Böyükşor - Hava limanı - Bilgəh, Zığ dairəsi - Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb. Belə ki 120km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib. Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.