Rusiya qırıcıları Türkiyə ilə sərhəddə havaya qalxdı

2 Aprel 2015 15:29 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, qırıcılar Rusiya hərbi bazasından havaya hərbi təlim keçmək üçün qaldırılıb.

"Təlimdə 100-dən çox hərbçinin və 30 hərbi texnikanın iştirakı gözlənilir. 3 gün davam edən uçuşlarda hava sərhədi qorunacaq. Nəticədə "düşmənin" qırıcıları, qanadlı və ballistik raketləri məhv ediləcək", - deyə mətbuat xidmətindən bildiriblər.