Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşdü

2 Aprel 2015 16:22 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı VHP-nin mətbuat xidməti yayıb.

Məlumata görə, görüş tanışlıq xarakteri daşıyıb. Söhbət zamanı qarşıdan gələn parlament seçkiləri, VHP-nin seçkilərə münasibəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

Partiya sədri ABŞ səfirliyinin rəsmisinə partiyanın fəaliyyəti barədə məlumat verib.