Heydər Əliyev prospekti bağlanacaq - SƏBƏB

2 Aprel 2015 16:44 (UTC+04:00)


"Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata əsasən, 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Artıq bir sıra tikinti və yenidənqurma işləri yekunlaşıb.

Nəzərdə tutulan təmir və abadlıq işləri ilə bağlı aprelin 3-dən 4-ə keçən gecə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsi nəqliyyatın hərəkəti üçün tam bağlanacaq.

Prospektin bağlanmasında əsas məqsəd İlk Avropa Oyunlarına hazırlıq dövründə təmir və abadlıq işlərini aparmaqdı. Həmin vaxtlarda sürücülər prospektin köməkçi yollarından istifadə edə bilərlər.