Bakıda dəhşətli qəza - 18 avtomobil toqquşdu

3 Aprel 2015 00:13 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.

Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.