Bu gecə Azərbaycanda bir neçə ev yandı

3 Aprel 2015 09:04 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi Lənkəran şəhərində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət yaşayış evinin birinci mərtəbəsində mətbəxin tavanı 20 kv.m sahədə yanıb.


Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Sabunçu rayonunda isə vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanıb.

Hər üç yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.