Cəzaçəkmə müəssisəsi yanır – Rusiyada

3 Aprel 2015 09:58 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, hadisə Çelyabinsk şəhərində qeydə alınıb. Belə ki, bu şəhərdə fəaliiyət göstərən 8 saylı cəzaçəkmə müəssisəsində bu gecə yanğın başlayıb.

Yanğının elektrik naqillərinin qısa qapanmasından sonra baş verdiyi deyilir.


Ölən və yaralanan haqda xəbər verilmir.

Yanğının qarşısını almaq üçün əraziyə çoxsaylı yanğınsöndürən maşınlar cəlb edilib.

Son anda verilən məlumata görə, yanğın söndürülüb. Ancaq Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə nümayəndəsi hələ yanğının söndürülməsi faktını təsdiq etməyib.

Yanğın söndürülən zaman təhlükəli zonada olan bütün insanlar evakuasiya edilib.