”Xaos Kəlbəcərin işğalını sürətləndirdi” – Adil Əliyev

3 Aprel 2015 11:21 (UTC+04:00)


Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Kəlbəcər rayonunun işğal günü ilə bağlı Azərbaycan Hərb Tarix Muzeyində keçirilən tədbir zamanı bildirib. "Ermənistan silahlı qüvvələri Kəlbəcərin işğal etməklə və dinc insanları qətlə yetirməklə işğalçılıq siyasətlərini davam etdirəcəklərini göstərdilər. Təəssüf ki, o zamankı siyasi vəziyyət və başqa səbəblər buna təsir göstərirdi. Belə ki, vahid ordumuzun olmaması, siyasi hakimiyyətdə yaşanan xaos işğal prosesini sürətləndirdi. Bundan da istifadə edən düşmən işğalçılıq siyasətini həyata keçirdi".

Millət vəkili bu gün güclü ordumuzun olduğunu qeyd edərək, ordumuzun istənilən zaman torpaqlarımızı azad etməyə qadir olduğunu bildirib. "Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışında bildirib ki, işğal altında qalan torpaqlarımız azad olunacaq. Son günlər düşmənin xeyli sayda itkilər verməsi buna misaldır, bundan sonra da düşmən ordusunun bütün təxribatlarının qarşısı alınacaq", - deyə millət vəkili qeyd edib.

Elnur Eltürk