Müsəlmanların xristianlardan çox olacağı tarix açıqlandı

3 Aprel 2015 12:48 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "USA Today" saytı "Pew Research Center" mərkəzinin ekspertlərinə istinadən yayıb.

Mütəxəssislər hesab edir ki, yaxın 50 il ərzində islam digər dinlərə nisbətən daha çox inkişaf edəcək. Bu da müsəlmanların sayını xeyli artıracaq.

Hazırda dünya əhalisinin 23.2 faizi islam, 31.4 faizi isə xristain dininə sitayiş edir. 2050-ci ildə müsəlmanların sayı 29.7 faizə qalxacaq.


Avropa əhalisinin 10.2 faizini müsəlmanlar təşkil edir.

Qeyd edək ki, "Pew Research Center" mərkəzi bu məlumatları 2.5 minə yaxın mənbədən əldə edib.