Heydər Əliyevin şərəfinə qızıl “iPhone 6“ hazırlandı

17 Aprel 2015 13:46 (UTC+04:00)
AZNEWS.AZ buro247.az-a istinadən xəbər verir ki, yeni "Supremo" kolleksiyası "iPhone 6" smartfonlarından ibarətdir.

Kolleksiyaya daxil olan "Supremo Aliyev", "Supremo Aliyev Titano White Gold", eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər "Perla Penna" zərgərlik emalatxanasının ustaları tərəfindən hazırlanıb.
Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb və onlardan birinin üzərində Azərbaycanın gerbi və H.Əliyevin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub.

Qeyd edək ki, bu, "Caviar"ın dünya liderlərinə və tanınmış şəxsiyyətlərə həsr olunan ilk kolleksiyası deyil.