2000 manata xarici maşınlar satılır - Bakıda

17 Aprel 2015 17:41 (UTC+04:00)

Komitədən AzNews.az-a verilən məlumata görə, mayın 19-da təşkil olunacaq hərraca 9 avtomobil çıxarılacaq. Avtomobillərin istehsal ili 1998-ci ildən 2007-ci ilə qədərdir.

Hərraca çıxarılanlar arasında 2007-ci il buraxılışlı "Nissan Maxima" avtomobili də var ki, qiyməti 4050 manatdır. 1998-ci il istehsalı olan Daewoo Leganza avtomobilinin start qiyməti isə 2028 manat civarında müəyyən edilib.

Digər avtomobillərin də qiyməti o qədər yüksək deyil. Onların start qiyməti 1400 manatla 2300 manat arasında dəyişir.

Hərracda iştirak etmək üçün avtomobilin ilkin hərrac qiymətinin 10%-i qədər beh ödənilməlidir.

Nigar ETİBAR