Azərbaycan-İran sərhədində atışma – 1 nəfər yaralandı

17 Aprel 2015 19:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd pozucuları qanunun tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində bir nəfər sərhəd pozucusu yaralanıb. Dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.