Şəhriyar Məmmədyarov ilk görüşündə heç-heçə etdi - VİDEO

17 Aprel 2015 21:43 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, birinci turun ilk qarşılaşmasında hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand turnirin ötənilki qalibi, hazırki dünya çempionu Maqnus Karlsen ilə sülh bağlayıb.

Bu turda Azərbaycanın hər iki şahmatçısı da görüşlərini heç-heçə ilə başa vurub. Rauf Məmmədov fransalı Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov isə İtaliya şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib.

Turun digər görüşlərində Vladimir Kramnik (Rusiya) Maykl Adams (İngiltərə), Uesli Sou (ABŞ) isə Aniş Giri (Niderland) üzərində qələbə qazanıb.