“Sona qədər bir fil üstünlüyüm olsa da ...” - Şəhriyar Məmmədyarov

17 Aprel 2015 23:10 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirinin birinci turunda italiyalı Fabiano Karuana ilə heç-heçə oynayan təmsilçimiz Şəhriyar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Oyunda məğlubiyyət barədə düşünmədiyini vurğulayan F.Karuana bildirib: "Şəhriyar yaxşı gedişlər etdi. Lakin üstünlüyü artırmadı. Çox az səhvim oldu. Bəzi gedişləri etsəydim, nəticə fərqli olacaqdı. Müəyyən gedişləri təhlil etsəm də başqa çıxış yolu yox idi. Uğur qazanmaq istəyirdim. Fikrimcə, başlanğıcda yarım xal da pis deyil".