Rəcəb Tayyib Ərdoğanın əli yandı - VİDEO

18 Aprel 2015 02:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, hadisə Qazaxıstanda qeydə alınıb.

Bu ölkədə rəsmi səfərdə olan Türkiyə prezidenti Qazaxıstanın Türküstan şəhərindəki Ahmet Yesevi Universitetində çıxışı zamanı əlini kürsüdəki stolüstü lampaya vurub. Lampanın hərarətindən onun əli yanıb, ancaq o, buna məhəl qoymayaraq sözünə davam edib.

Qeyd edək ki, həmin mərasimdə Ərdoğana fəxri professor adı verilib.