Azərbaycanlı 4 İŞİD-çi tutuldu

18 Aprel 2015 09:05 (UTC+04:00)

AzNews.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qaziantəp meriyası xəbər yayıb.

Xəbərdə bildirilir ki, Qaziantəp polisi tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfərin Suriyaya getmək üçün müəyyən hazırlıqlar gördüyü, qeyri-qanuni yollarla sərhədi keçməyə çalışdıqları öyrənilib.

Qaziantəp rayon polis idarəsi qrupu tərəfindən saxlanılan M.M., R.B., A.V. və M.K. adlı şəxslərin barəsində deportasiya qərarı çıxarılaraq əcnəbi vətəndaşarla bağlı iş aparan polis idarəsinə təhvil verilib.

Xatırladaq ki, iki həftə əvvəl də Qaziantəpdə oxşar hadisə baş vermiş və burada da Suriyaya keçmək istəyən azərbaycanlı vətəndaşlarlar saxlanılmışdı.