Rusiyadan Türkiyəyə təklif

18 Aprel 2015 10:24 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "Prima" biznes xəbərləri agentliyi yayıb.

"Sukhoi" şirkətinin direktor müavini Yevgeni Andraçnikov bildirib ki, şirkət Çin bazarına girmək istəyir: "Məqsədimiz həm də Türkiyə və Hindistan bazarlarına daxil olmaqdır".

Nikaraqua hökuməti ilə görüşdüklərini bildirən Andraçnikov əlavə edib ki, Rusiya iqtisadiyyatının çətin duruma düşməsi yerli hava yollarında problem yaradıb: "Təyyarələrimizi icarəyə vermək üçün Rusiyanın idman klubları ilə də görüşəcəyik".

"Sukhoi" şirkəti təkcə bu il 44 ədəd "SSJ-100" modelindən olan təyyarə satmağı planlaşdırır.