Azərbaycanlı tələbələr Şimali Kiprdə erməni yazara etiraz etdi - Polis zorakılığı oldu

18 Aprel 2015 11:17 (UTC+04:00)


AZADİNFORM xəbər verir ki, aksiyaya səbəb erməni əsilli yazar və oyunçu Aret Vartanyanın "Acı-Tatlı Aşk" adlı teatr oyunu üçün DAU Rauf Denktaş Konqres Mərkəzinə dəvət olunması olub.

Məsələ ilə bağlı hələ bir neçə gün əvvəl DAU Azərbaycanlı Tələbə Cəmiyyəti rektorluğa gedərək öz etirazların bildiriblər.

Bunun ardından cəmiyyət sədri Orxan Mütəllimli Gazimağusa polis idarəsinə çağırılıb. Polis İdarəsində azərbaycanlı tələbələrin heç bir etiraz aksiyası keçirməyəcəklərinə dair tələb istəyiblər. Lakin 300-dən çox azərbaycanlı DAU tələbəsi Universitetin Kültür Mərkəzinə gedərək etiraz etmək istəyərkən polis zorakılığına məruz qalıblar.