Türklərin öldüyü terroru İŞİD üzərinə götürdü - VİDEO

18 Aprel 2015 13:26 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, hücum zamanı hadisə yerində 4 Türkiyə vətəndaşı olub. Onlardan 2-ci dünyasını dəyişib. Ümumilikdə isə teraktda 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ərbildəki hücumdan sonra İŞİD Bağdadda da terakt törədib. Bu hücumda da ən azından 40 nəfərin öldüyü deyilir.



İraqın digər bölgələrinə nisbətən daha təhlükəsizliyi ilə tanınan Ərbildə 2014-cü il noyabr ayının 19-da meriya binasına təşkil edilən "intihar hücumunda" 5 nəfər ölüb, 29 nəfər də yaralanmışdı.