Cavid Qurbanovun 2 işçisi həbs edildi - Qətl hadisəsi

18 Aprel 2015 13:42 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyov və A.Mursayibov saxlanılıb.

Onlar barəsində mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

T.Ağabəyov və A.Mursayibov Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti "Revolver" tipli tapança götürülüb.