Maşın işıq dirəyinə çırpıldı – 3 nəfər öldü

18 Aprel 2015 14:03 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi "Lifan" markalı avtomobili işıq dirəyinə vuruv.

Avtomobildə olan Bakı şəhər sakinləri Faiq Dəmirov, Anar Əmirov və Zaur Əmirov hadisə yerində ölüb, Akif Səlimov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami RPİ tərəfindən araşdırma aparılır.