Xalq artistinin oğlunu qarət etdilər – Məsciddə 20 minlik oğurluq (VİDEO)

18 Aprel 2015 15:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, xalq artistinin oğlu Qasımbəy Məscidində namaz qılmağa gəlib, səcdəyə getdiyi vaxt isə onun gödəkcəsini oğurlayıblar.
Zərərçəkən zərgər işlədiyindən üzərində başqa şəxslərə məxsus olan 20 min manat dəyərində qızıl-zinət əşyaları olub.


Oğurluq hadisəsi məscidin kameralarına düşüb. Və bu görüntüləri Xalq artisti özü dünən ATV kanalında yayımlanan "Öz aramızda" verilişində nümayiş etdirib.

AzNews.az həmin görüntüləri təqdim edir: