Çoxmərtəbəli yaşayış binasında yanğın oldu

24 Aprel 2015 21:16 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin eyvanında 1 ədəd kondisoner yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.