Atatürkün Mavzoleyində bir ilk - VİDEO + FOTO

25 Aprel 2015 09:20 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki həyətdə ziyarətçilərə bulqur şorbası və yumru çörək verilib.

Mavzoleydə keşik tutan əsgərlər 1-ci Dünya Müharibəsində geyilən paltarlarla keşik çəkməyə başlayıb. Əsgərlər dünən gün ərzində Mavzoleyə gələn ziyarətçiləri bu paltarlarla qarşılayıb.

Mavzoleyin təhlükəsizliyini təmin edən əsgərlər 1-ci Dünya Müharibəsində Çanaqqala cəbhəsində geyilən uniformalarla növbə tutub. Ziyarətə gələn vətəndaşlar Çanaqqqala ruhunu əks etdirən əsgərlərlə bol-bol xatirə şəkli çəkdirib.

Tədbir vətəndaşlar tərəfindən 1915 dənə şarın göyə buraxılması ilə sona çatıb.