“Vaxtım yoxdur, daima qaçaqaçdayam” - Həmidə Ömərova

25 Aprel 2015 12:27 (UTC+04:00)

Aktrisa ad günü təəssüratını AzNews.az-la bölüşüb.

O, 58 yaşını harada və necə qeyd edəcəyinə dair qərar vermədiyini bildirib:
"Döğrusunu deyim ki, ad günümlə bağlı xüsusi hazırlıq görülməyib. Buna sıradan bir gün kimi baxıram. Hər halda, ailəmlə bir yerdə keçirəcəyik".

H.Ömərova təmtəraqlı ad günü keçirməməyinin səbəbini yaradıcılıq işlərinin çoxluğu ilə əlaqələndirib: "Hazırda məşqə tələsirəm. Təzə bir tamaşa hazırlayırıq. İnanın ki, bir dəqiqə belə vaxtım yoxdur, daima qaçaqaçdayam. Çəkilişlər, tamaşalar çoxdur".

Xatırladaq ki, aktrisa bu günə kimi 49 filmə çəkilib, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib.

Bahar RÜSTƏMLİ
AzNews.az