Nərgiz Yaqublu son mənzilə yola salınır – FOTOLAR

25 Aprel 2015 13:45 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hazırda Nərgiz Yaqublunun cənazəsi Qaraçuxur qəsəbəsinin qəbiristanlığa yola düşüb.

Yüzlərlə insanın iştirak etdiyi mərasimdə partiya liderləri, milli-azadlıq hərəkatının iştirakçıları və jurnalistlər var.

Xatırladaq ki, Nərgiz Yaqublu uzun sürən xəstəliklə bağlı bir neçə gün öncə Rusiyada xəstəxanaya yerləşdirilib. Koma vəziyyətində olan N.Yaqublu aprelin 23-də dünyasını dəyişib. Mərhumun cənazəsi bu gecə Bakıya gətirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az