Hindistanlı qızlar Bakıda qəzaya düşdü - 2 yaralı

26 Aprel 2015 12:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən iki gənc xanımı vurub. Həticədə hər iki şəxs ağır yaralanıb. Avtomobil sürücüsü dərhal hadisə yerini tərk edib. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan gənc xanımların Hindistan vətəndaşları olduğu bildirilir. Hər iki şəxsin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Vüqar