Nepalda azyaşlı azərbaycanlı uşaq xəsarət alıb

27 Aprel 2015 11:06 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "kavkaz-uzel" saytı yayıb.

Nepaldakı zəlzələdən sonra Azərbaycanın Hindistandakı səfirliyi Nepaldakı azərbaycanlıların vəziyyətilə maraqlanıb.

Bu faktı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təsdiq edib.

Onun sözlərinə görə, Nepalda 6 uşaq da daxil olmaqla, Azərbaycanın 14 vətəndaşı var: "Zəlzələ zamanı onların arasında ciddi xəsarət alan olmayıb. Yalnız azyaşlı bir uşaq yüngül zədələnib. Hazırda onun vəziyyəti normaldır".

Qeyd edək ki, aprel ayının 25-də Nepalda baş verən zəlzələdə ölənlərin sayı 3300-ə yaxınlaşıb.