Nepaldakı Azərbaycan vətəndaşları evakuasiya olunur - Səfirlik

27 Aprel 2015 11:48 (UTC+04:00)

Bunu Trend-ə Azərbaycanın Nepalda da akkreditasiya olunan Hindistandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, Azərbaycan hökuməti və səfirliyi bu istiqamətdə əlindən gələni edir.

Səfirlikdən bildirilib ki, ilkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.