Zəlimxan Məmmədli ittihama cavab verdi – “Borçalı” cəmiyyətində qalmaqal

27 Aprel 2015 11:50 (UTC+04:00)

O bildirib ki, Z.Məmmədli Gürcüstana buraxılmır, buna görə də "Borçalı" cəmiyyətinə yeni sədr lazımdır: "Ancaq o, bu addımı normal qaydada istefa verməklə ata bilər. Borçalı cəmiyyətinin qurultayında Zəlimxan Məmmədli onsuz da biabırçı şəkildə vəzifəsindən kənarlaşdırılacaq".

"Borçalı" cəmiyyətinin sədri Zəlimxan Məmmədli haqqında deyilən ittihamlara cavab verib.

O, AzNews.az-a Gürcüstan Qarapapaq Türkləri Birliyi adlı qurumu tanımadığını vurğulayıb: "Tanımadığım bir qurumun rəhbəri haqda fikir yürütmək istəmirəm. Görəsən o, bu sözləri hansı haqla və nəyə əsaslanaraq deyib".

Bahar RÜSTƏMLİ
AzNews.az