Sabah Azərbaycanda 27 dərəcə isti olacaq - Proqnoz

27 Aprel 2015 13:54 (UTC+04:00)
Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 27, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.