Həmcinslərini fahişəliyə cəlb edən daha bir qadın saxlanıldı

27 Aprel 2015 14:14 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Yeganə Məmmədovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sözügedən şəxs saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.