Axtarışda olan 5 nəfər tutulub – Azərbaycanda

27 Aprel 2015 15:02 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulub.