Qonşusunu öz evində bıçaqladı

27 Aprel 2015 15:24 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib. Rayon sakini Vurğun Əlizadə münaqişə zəminində qonşusu Şamama Fərəcovaya bıçaqla xəsarət yetirib. Ş.Fərəcova aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

V.Əlizadə könüllü olaraq Lənkəran ŞRPŞ-yə gələrək təslim olub.