Bakıda “KİA” avtomobili yandı

28 Aprel 2015 09:00 (UTC+04:00)

AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "KİA" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.