Tanınmış jurnalist vəfat etdi

28 Aprel 2015 11:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ailəsindən APA-ya verilən məlumata görə, Böyükkişi Heydərli bu gün səhər ağır xəstəlikdən vəfat edib.

Onun xərçəngdən əziyyət çəkdiyi bildirilib.

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni Müsavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.