Türkiyə vətəndaşını yaralayan sürücü saxlanıldı - Bakıda

28 Aprel 2015 13:40 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 17-ci PB əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Axtarışlar nəticəsində aprelin 26-da Türkiyə vətəndaşı Aslan İbrahimin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Lexus" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Hafiz Rzayev saxlanılıb.