Elnur Hüseynovun klipi rekord qırdı – 1 milyon 437 min baxış

28 Aprel 2015 15:16 (UTC+04:00)

AZNEWS.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sözügedən mahnı "Eurovision TV"nin rəsmi "YouTube" kanalında 1 436 332 dəfə izlənilib. "Hour of the Wolf" bu göstərici ilə "Eurovision-2015" müsabiqəsində səslənəcək mahnılar arasında ən çox baxılan kliplərdəndir.

Xatırladaq ki, E.Hüseynov mayın 21-də "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli ifaçı kimi səhnəyə çıxacaq.