“Tofiq Yaqublu əfv olunacaq” – Zahid Oruc

28 Aprel 2015 15:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Z.Oruc hakimiyyətin hümanist siyasəti nəticəsində minlərlə insanın əfv edildiyini və onların öz azadlığına qovuşduğunu deyib: "Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun əfv məsələsi ilə bağlı deyə bilərəm ki, Azərbaycan hakimiyyəti həmişə humanist siyasət yürüdüb. İnanıram ki, Tofiq Yaqublu da əfv olunacaq".